“Everton” klubunun səhmləri satılmayacaq
İngiltərənin “Everton” futbol klubunun səhmləri satılmayacaq.

Bunu klubun prezidenti Fərhad Moşiri deyib. Moşiri açıqlamasında bildirib ki, bu tip xəbərlər həqiqəti əks etdirmir.

O, klub azarkeşlərindən üzr istəyib və tezliklə komandanın yeni qələbələrlə geri qayıdacağına söz verib. Son 14 oyundan yalnız birində qələbə qazanan “Everton” sonuncu turda baş məşqçisi Frenk Lempardla da yolları ayırıb.

Klub rəhbəri azarkeşlərin dəstəyinə ehtiyac duyduqlarını, hazırkı vəziyyətin komandanın yaşadığı ən çətin anlar olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, bundan əvvəl “Guardian” nəşri klubun səhmlərinin 500 milyon funt sterlinqə satışa çıxarılacağı ilə bağlı məlumat yaymışdı.

Xəbər 183 dəfə oxundu.