“Seltik” Cənubi koreyalı oyunçunu transfer edib
Şotlandiyanın “Seltik” futbol klubu Cənubi Koreya millisinin üzvü O Hyonq-gyunu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İyirmi bir yaşlı koreyalı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Transferin məbləği barədə məlumat verilməyib.

Qeyd edək ki, Hyonq-gyu buna qədər Cənubi Koreyanın “Suvon Bluvinqs” komandasının şərəfini qoruyub.

Bununla yanaşı, hücumçu ötən il Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Cənubi Koreya millisinin heyətində də oyuna çıxıb.

Xəbər 139 dəfə oxundu.