AFFA-nın baş katibi Gəncə Futbol Akademiyasının inşası ilə maraqlanıb
AFFA-nın baş katibi Sərxan Hacıyev Gəncəyə səfər edib.

Səfər çərçivəsində baş katib Gəncə şəhər stadionunun ərazisində qurum tərəfindən tikintisi davam etdirilən Futbol Akademiyasında inşaat işlərinin gedişi ilə maraqlanıb.

“Kəpəz” futbol klubunun İdarə Heyətinin sədri İlqar Nadiri həyata keçirilən işlər barədə ətraflı məlumat verib.

Xəbər 229 dəfə oxundu.