Kişi şahmatçılar arasında ölkə çempionatında finalçılar bəlli olub
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında finalçılar müəyyənləşib.

Ikinci yarımfinal görüşlərində Vasif Durarbəyli Eltac Səfərli ilə heç-heçə etməklə, Vüqar Əsədli isə Məhəmməd Muradlıya qalib gəlməklə adlarını həlledici oyuna yazdırıblar. Şahmatçılar yarımfinalın ilk görüşündə rəqiblərini məğlub ediblər.

Final yanvarın 26-27-də oynanılacaq. İki görüşdən sonra qalib olmasa, finalçılar arasında tay-brek oynanılacaq.

E.Səfərli və M.Muradlı isə üçüncü yer uğrunda qarşılaşmada üz-üzə gələcəklər.

Xəbər 170 dəfə oxundu.