UEFA “Çelsi”yə görə maliyyə qaydalarını dəyişəcək
UEFA İngiltərənin “Çelsi” futbol klubuna görə maliyyə qaydalarında dəyişiklik edəcək.

Avropanın ali futbol qurumu “zadəganlar”ın oyunçularla uzunmüddətli müqavilələr imzalamaq tendensiyasına cavab olaraq maliyyə “fair play” qaydalarını dəyişdirəcək.

Oyunçuların transfer haqqı müqavilənin müddətinə əsasən göstəriləcək. Belə ki, 100 milyon avro dəyəri olan “Çelsi”nin yeni transferi Mixayil Mudrikin 8 il yarımlıq müqaviləsi illik 12 milyon avro olaraq qiymətləndiriləcək.

Maliyyə qaydalarına edilən dəyişiklik yayda qüvvəyə minəcək.

Xəbər 142 dəfə oxundu.