Mane uzunmüddətli zədədən sonra məşqlərə başlayıb
Almaniyanın “Bavariya” klubu və Seneqal millisinin hücumçusu Sadio Mane məşqlərə başlayıb.

30 yaşlı seneqallı forvard uzunmüddətli zədədən sonra yüngül qaçışla fərdi məşqləri bərpa edib.

Seneqal millisinin heyətində dünya çempionatını buraxan futbolçu bu il ilk dəfə meydanlarda görünüb.

Sağ diz nahiyəsindən zədələnən oyunçu məşq zamanı özünü yaxşı hiss etdiyini və tez bir zamanda komanda yoldaşlarının yanına qayıdacağını diqqətə çatdırıb.

Qeyd edək ki, ötən ilin iyununda İngiltərənin “Liverpul” klubundan transfer olunan Sadio Mane Almaniya çempionatında keçirdiyi 23 matçda 11 qol vurub. Onun UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində PSJ-yə qarşı oynayıb-oynamayacağı sual altındadır.

Xəbər 154 dəfə oxundu.