Millimiz Avropa çempionatında mübarizəyə Çexiya yığması ilə oyunla başlayacaq
Avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşi

Final mərhələsində yığmamızın yer aldığı C qrupunun oyunları Almaniyada keçiriləcək. Komandamızın rəqibləri isə meydan sahibləri ilə yanaşı, Çexiya, Türkiyə, Yunanıstan və İsveç olacaq.

Millimiz avqustun 18-də Çexiya, ertəsi gün Almaniya, ayın 20-də isə Türkiyə seçməsi ilə qarşılaşacaq. Voleybolçularımız avqustun 22-də Yunanıstan, ertəsi gün isə İsveç ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsində 24 komanda 4 qrupda mübarizə aparacaq. Qrupda ilk dörd yeri tutacaq komandalar növbəti mərhələyə yüksələcəklər.

Xəbər 247 dəfə oxundu.