Elmar Baxşıyev: İkinci hissədə istədiyim “Qəbələ”ni meydanda görə bildim
Heyətin geniş olmasını istəyirəm. Amma transfer məsələsində heç bir yenilik yoxdur. Bir aylıq fasilədən sonra ilk rəsmi oyunumuzun ağır olacağını bilirdik.

Bu sözləri Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Kəpəz” klubu ilə qarşılaşan “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, “Kəpəz” yaxşı təşkilatlanmış, heyətində maraqlı futbolçuları olan komandadır. Birinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Qapımıza təyin olunan ilk penaltidən sonra matçın ritmini itirdik. Amma xarakter nümayiş etdirdik və ikinci hissədə istədiyim “Qəbələ”ni meydanda görə bildim. İnamlı mübarizəyə görə, hər iki komandaya alqış düşür.

Qeyd edək ki, “Kəpəz” – “Qəbələ” matçı 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Xəbər 224 dəfə oxundu.