Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Çelenc kuboku yarışının oyununda hakimlərin işinə qiymət verəcək | |
Avropa Voleybol Konfederasiyası tərəfindən Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərilib. Z.Gözəlbəyli 2023-cü ilin ilk təyinatı olaraq kişi voleybolçular arasında Çelenc kubokunun yarışının dörddəbir final matçının supervayzeri təyin edilib. Həmyerlimiz yanvarın 26-da Buxarest şəhərində keçiriləcək “Steaua Bucuresti” (Rumıniya) - “ Olympiacos Piraeus” (Yunanıstan) klublarının qarşılaşmasında hakimlərin işinə qiymət verəcək. Qeyd edək ki, görüşün hakimləri niderlandlı Mark Jan Vinstra və italiyalı Michele Brunelli olacaq. |
|
Xəbər 271 dəfə oxundu. |
|
|