İspaniyalı mütəxəssis: Azərbaycan gimnastları texniki və taktiki cəhətdən çox inkişaf ediblər
Azərbaycan gimnastları dünya səviyyəsində çox yüksək nəticələr əldə ediblər və bu uğurların davamı gəlir.

Bunu jurnalistlərə açıqlamasında bədii gimnastika üzrə müxtəlif yaş qruplarından ibarət milli komandaların üzvləri üçün xoreoqrafiya məşqləri keçən Beatriz Brito Aguilera deyib.

Milli Gimnastika Arenasında məşq keçən ispaniyalı mütəxəssis deyib: “Bakı mənim üçün yuxu kimidir. Uzun müddət burada keçirilmiş beynəlxalq tədbirləri izləmişəm. Bir müddət əvvəl gənclər və idman nazirinin müavini Mariana Vasileva ilə tanış oldum. Onun sayəsində Azərbaycana gələ bildim və arenanı təcrübədən keçirdim”.

İspaniyalı mütəxəssis Azərbaycan təmsilçilərinin texniki və taktiki cəhətdən çox inkişaf etdiyini bildirib: “Azərbaycan xalqının milli rəqsləri, folklorla bağlı olan məqamlar onlara xalça üzərində özlərini ifadə etməyə köməklik göstərir. Bütün qazanılmış nailiyyətlərin arxasında böyük əmək dayanır. Bütün bunları zalda gördüm”.

Xəbər 210 dəfə oxundu.