Şübhəli transferlərə görə “Yuventus”un 15 xalı silinib
“Yuventus”un şübhəli transferlərə görə 15 xalı silinib.

Bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İtaliyanın Federal Apellyasiya Məhkəməsi “Yuventus”un fəaliyyətində yol verdiyi maliyyə pozuntularına görə klubun ölkə birinciliyində topladığı xalların 15-ni silib. Nəticədə klub turnir cədvəlində 3-cü pillədən 11-ci pilləyə enib.

Məhkəmə müəyyən edib ki, şübhəli əməliyyatları gizlətmək üçün klubun mühasibat sənədlərində səhv məlumatlar verilib.

Xəbər 196 dəfə oxundu.