“Yuventus” klubu yeni rekorda imza atıb | |
“Yuventus” klubu İtaliya kuboku yarışının dörddəbir final mərhələsinə yüksəlməklə yeni rekorda imza atıb. Turin klubu buna səkkizdəbir finalda “Monza” üzərində 2:1 hesablı qələbə qazanmaqla nail olub. Ardıcıl 16-cı dəfə ölkə kuboku yarışında dörddəbir finala adlayan komanda bu baxımdan turnirin rekordçusudur. “Yuventus” sonuncu dəfə 2006/2007-ci il mövsümündə, İtaliya B seriyasında çıxış edərkən kubok yarışında səkkizdəbir final səddini aşa bilməyib. Qeyd edək ki, “Yuventus” dörddəbir finalda “Latsio” ilə qarşılaşacaq. Oyun fevralın 1-də Romada keçiriləcək. |
|
Xəbər 188 dəfə oxundu. |
|
|