Millimizin sabiq üzvü Türkiyə klubunda
Azərbaycanın U-19 yığmasının sabiq üzvü Sərhat Taşdemir karyerasını Türkiyədə davam etdirəcək.

Futbolçu “Kocaelispor” klubu ilə anlaşıb.

İyirmi iki yaşlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu bunadək İngiltərədə "Bakston", "Oldhem", "Barnet" kimi klubların formasını geyinib. O, Azərbaycanın U-19 yığmasında 3 oyunda 3 qola imza atıb.

Xəbər 175 dəfə oxundu.