Vasif Durarbəyli ölkə çempionatında liderliyini davam etdirir
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında yeddinci tura yekun vurulub.

Çempionatın lideri Vasif Durarbəyli yeddinci turda Vüqar Əsədli ilə xalı yarı bölüb. Yarışın reytinq favoriti Nicat Abasov Xəzər Babazadə ilə heç-heçə edib. Məhəmməd Muradlı Aydın Süleymanlıya, Eltac Səfərli isə İsmayıl Şahəliyevə qalib gəlib.

Yeddi turdan sonra hesabında 6 xal Vasif Durarbəyli liderliyini davam etdirir. Vüqar Əsədli 5 xalla turnir cədvəlində ikinci pillədə yer alıb. Hərəyə 4,5 xal toplayan Nicat Abasov, Məhəmməd Muradlı, Xəzər Babazadə və Eltac Səfərli 3-6-cı yeri bölüşürlər.

Növbəti sıralarda Aydın Süleymanlı, Ülvi Sadıxov və Murad İbrahimli qərarlaşıblar. Onların aktivində 4 xal var.

Xatırladaq ki, 9 turdan sonra ilk dörd yeri tutacaq şahmatçılar final mərhələsində mübarizəni davam etdirəcək. Ölkə çempionu yarımfinal və final görüşündən sonra məlum olacaq.

Xəbər 326 dəfə oxundu.