Basketbol mütəxəssislərimiz Litvada seminarda iştirak edirlər
Azərbaycan Basketbol Federasiyasının (ABF) dəstəyi ilə məşqçilərimiz Litvada seminarda iştirak edirlər.

U-18 oğlanlardan ibarət komandanın və NTD klubunun baş və köməkçi məşqçiləri Tahir Baxşıyev, Polad Həsənov, U-20 oğlanlardan ibarət millinin və “Sərhədçi” klubun baş məşqçisi Anar Sarıyev səfərin ilk günündə Vilnüsdə yerləşən NBA basketbol məktəbində olublar.

Onlar həmin məktəbdə litvalı mütəxəssislər tərəfindən keçirilmiş seminarda iştirak edərək, daha sonra Azərbaycan basketbolunun gələcək ümidi sayılan Hüseyn Qaflanovun təlim-məşq prosesini izləyiblər.

Sonra Kaunasa gedən məşqçilər yerli “Jalgiris” klubunun bütün yaş qruplarının təlim-məşq prosesini izləyib, peşəkar mütəxəssislərin məşqçilik seminarlarında iştirak ediblər.

Qeyd edək ki, azərbaycanlı məşqçilərin Litvada keçirilən seminarı yanvarın 21-dək davam edəcək.

Xəbər 267 dəfə oxundu.