Ukrayna yığmasının üzvü La Liqa klubunda | |
“Dinamo Kiyev” klubunun futbolçusu Viktor Çıqanov karyerasını İspaniyada davam etdirəcək. Yarımmüdafiəçi “Jirona” klubuna keçib. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ukraynalı futbolçu ilə 2027-ci ilin yayınadək müqavilə imzalanıb. “Jirona” yarımmüdafiəçi üçün “Dinamo”ya 5 milyon avro ödəyəcək. Qeyd edək ki, Ukrayna yığmasının da üzvü olan futbolçu cari mövsüm Ukrayna çempionatında 13 oyunda 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. |
|
Xəbər 201 dəfə oxundu. |
|
|