Sabah Avropa çempionatının püşkü atılacaq
Voleybol üzrə Qadınlar arasında keçiriləcək AÇ-2013-ün final mərhələsi üçün püşkatma mərasimi sabah Bakı vaxtı ilə saat 13:30-da İsveçrənin paytaxtı Zürix şəhərində keçiriləcək. Püşkatma mərasimində Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi Mixayıl Frişman iştirak edəcək.
Voleybol üzrə Qadınlardan ibarət Milli Yığma komandamız sentyabr ayında Finlandiyada və paytaxtımız Bakıda keçirilən Avropa Çempionatının seçmə mərhələsində Finlandiya, Belarus və Avstriya komandalarını 3-0 hesabı ilə məğlub edib. Faiq Qarayevin yetirmələri 6 görüşdən 6 qələbə qazanaraq ardıcıl olaraq V dəfə AÇ-nin finalına vəsiqə qazanıb.

Xəbər 867 dəfə oxundu.