“Qarabağ” klubu beynəlxalq reytinq cədvəlində 7 pillə irəliləyib | |
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb. 500-dən artıq komandanın yer aldığı siyahıda Azərbaycan 3 klubla təmsil olunub. Hesabında 139 xal olan Ağdamın “Qarabağ” klubu 7 pillə irəliləyərək 78-ci olub. Ağdam təmsilçisinin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Belçikanın “Gent” klubu 114 xalla 109-cü pillədə qərarlaşıb. “Neftçi” və “Zirə”nin də reytinqdə irəliləyiş müşahidə olunub. “Neftçi” 66,5 xalla 290-cı, “Zirə” isə 50,2 xalla 478-ci yerə yüksəliblər. Reytinq cədvəlinə 299 xalla Braziliyanın “Flamenqo” komandası başçılıq edir. “Palmeyras” (Braziliya) 284 xalla ikinci, İngiltərənin “Liverpul” komandası 273 xalla ilk üçlüyü tamamlayıblar. |
|
Xəbər 164 dəfə oxundu. |
|
|