Qadın futbolçulardan ibarət millimizin üzvü “Zenit”də
Azərbaycanın qadın futbolçulardan ibarət millisinin üzvü Nigar Mirzəliyeva Rusiyada klubunu dəyişib.

20 yaşlı müdafiəçi “Zenit”ə keçib. Bu barədə Sankt-Peterburq təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə ikiillik müqavilə imzalanıb.

Qeyd edək ki, N.Mirzəliyeva daha əvvəl Kazanın “Rubin” klubunda çıxış edirdi. O, 2019-cu ildən Azərbaycan millisinin üzvüdür.

Xəbər 184 dəfə oxundu.