“Valensiya” klubu müdafiəçisi ilə müqaviləni yeniləyib
İspaniyanın “Valensiya” klubu müdafiəçisi Muktar Diakabi ilə müqaviləni yeniləyib.

Qvineyalı futbolçunun klubla ilə müqaviləsi 2027-ci ilin iyun ayınadək uzadılıb.

İyirmi altı yaşlı futbolçu 2018-ci ilin iyulundan “Valensiya”da çıxış edir. O, bu mövsüm La Liqa təmsilçisinin heyətində 12 oyuna çıxıb və 2 qol vurub.

Müdafiəçinin klubla hazırkı müqaviləsi 2023-cü ilin iyun ayının sonunadək idi.

Xəbər 235 dəfə oxundu.