“Qarabağ”ın rəqibi Polşa millisinin üzvünü heyətinə qatıb
Ağdamın “Qarabağ” klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Belçikanın “Gent” komandası heyətinə yeni futbolçu cəlb edib.

23 yaşlı müdafiəçi Kamil Pyatkovski Avstriya təmsilçisi “Zalsburq”dan icarəyə götürülüb.

2021-ci ildən Polşa millisinə çağırılan mərkəz müdafiəçisi mövsümün sonunadək icarə əsasında “Gent”in formasını geyinəcək.

Qeyd edək ki, “Qarabağ”la “Gent” komandaları fevralın 16-da və 23-də qarşılaşacaqlar. İlk oyun Bakıda, cavab matçı isə Gentdə baş tutacaq.

Xəbər 171 dəfə oxundu.