“Turan Tovuz” Qazaxıstan təmsilçisi “Jetisu”ya qarşı
Antalyada təlim-məşq toplanışında olan “Turan Tovuz” klubu bu gün sonuncu yoxlama matçına çıxacaq.

Bölgə təmsilçisi Qazaxıstanın Birinci Divizionunda mübarizə aparan “Jetisu” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, ilk yoxlama matçında Rumıniyanın “Petrolul” komandasına uduzan (2:3) “Turan Tovuz” ikinci oyununda İsveçrənin “Aarau” klubunu üstələyib - 1:0. Komanda yanvarın 18-də hazırlığı başa vuraraq Vətənə qayıdacaq.

Xəbər 164 dəfə oxundu.