İkiqat dünya çempionu: İdman mətbuatının bizim həyatımızda rolu böyükdür
Azərbaycanın yunan-Roma güləşi üzrə ikiqat Avropa və ikiqat dünya çempionu Eldəniz Əzizli idman mətbuatı ilə bağlı fikirlərini bölüşüb.

Güləşçi verdiyi açıqlamada karyerasında mətbuatın rolundan danışıb: "İdman mətbuatının bizim həyatımızda rolu böyükdür. Çünki qazanılan uğurları xalqa göstərən, çatdıran şəxslər məhz onlardır. Buna görə də hər birinə öz minnətdarlığımı bildirirəm. Şükürlər olsun ki, son zamanlar bu sahədə olan problemlər ortadan qalxır. Bu isə məni sevindirir. Adətən danışmağı sevdiyim üçün həm yığmanın tərkibində, həm də federasiyada mənim müsahibə verməyimə üstünlük verirlər. Amma bəzən idmançının hansı hissləri keçirə biləcəyini düşünmədən məqalə, xəbər yazanlar da olur. Amma ümumilikdə idman mediası ilə münasibətim yaxşıdır".

Xəbər 228 dəfə oxundu.