Azərbaycanlı hakim İstanbulda Çempionlar Liqasının oyununu idarə edəcək
Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakimə təyinat göndərib.

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov yanvarın 18-də Türkiyənin İstanbul şəhərində keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının D qrupunun matçını idarə edəcək.

E.Zülfüqarov “Burhan Felek” voleybol salonunda baş tutacaq “Fənərbağça Opet” (Türkiyə) - “Allianz MTV Ştutqart” (Almaniya) klublarının qarşılaşmasında baş hakim olacaq. Oyunda ikinci hakim funksiyasını rumıniyalı Pol Katalin Şabo-Aleksi yerinə yetirəcək.

Xəbər 184 dəfə oxundu.