AFFA-nın təşkilatçılığı ilə məşqçi kursları keçiriləcək
AFFA-nın təşkilatçılığı ilə fevralın 18-19-da və 25-də ümumilikdə üç günü əhatə edəcək “D” kateqoriyalı məşqçi kursları təşkil ediləcək.

Dərslər həm nəzəri, həm praktiki hissədən ibarət olmaqla AFFA-nın məşqçi kurslarının təlimçiləri tərəfindən Təhsil və Reabilitasiya Mərkəzində keçiriləcək. Kursda iştirak etmək ödənişsizdir. İştirak etmək istəyən 18 yaşına çatmış şəxslər fevralın 9-dək https://bit.ly/3ZtyvBV linkə keçid edərək qeydiyyatdan keçib anketi doldura bilərlər. Qeydiyyatdan keçmiş ilk 25 nəfər (kişi və qadın) kurslara cəlb ediləcək. Kurslarda iştirak etmək haqqı qazanmış şəxslərə bu barədə məlumat veriləcək.

Xəbər 244 dəfə oxundu.