Qavi İspaniya Super kuboku yarışının final matçının ən yaxşısı seçilib
Futbol üzrə İspaniya Super kuboku yarışının finalında “Barselona” klubu “Real Madrid”ə 3:1 hesabı ilə qalib gəlib.

“Barselona”nın yarımmüdafiəçisi Qavi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “King Fahd” stadionunda keçirilən görüşün ən yaxşı futbolçu seçilib.

On səkkiz yaşlı futbolçu matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Qarşılaşmanın 33-cü dəqiqəsində Robert Levandovskinin ötürməsini Qavi baxımlı qolla tamamlayıb. On iki dəqiqə sonra Qavinin ötürməsini R.Levandovski qola çevirib.

Bu, Kataloniya təmsilçisinin Xavinin baş məşqçiliyi altında qazandığı ilk kubokdur.

Xəbər 147 dəfə oxundu.