“Barselona” klubu “El-Klasiko”da qalib gəlib, İspaniya Super kubokuna sahib olub | |
Futbol üzrə İspaniya Super kuboku yarışında “El-Klasiko” oynanılıb. Turnirin finalında “Barselona” klubu “Real Madrid” ilə qarşılaşıb. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “King Fahd” stadionunda keçirilən görüş “Barselona”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “Barselona” klubu İspaniya Super kuboku yarışının qalibi olub. Bu, Kataloniya təmsilçisinin Xavinin baş məşqçiliyi altında qazandığı ilk kubokdur. |
|
Xəbər 203 dəfə oxundu. |
|
|