Qurban Qurbanov “Gent”- “Kortriyk” matçını izləyib
Ağdamın “Qarabağ” futbol klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent” Belçika çempionatında növbəti oyununa çıxıb.

Komanda 20-ci turda “Kortriyk”lə qarşılaşıb. Oyun “Gent”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşü izləyənlər arasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və klubun video-analitik məşqçisi Yanuş Vasilyev də olub.

Bu qələbədən sonra “Gent” turnir cədvəlində 34 xalla beşinci pillədəki mövqeyini möhkəmlədib. “Kortriyk” isə 18 xalla 15-cidir.

Xatırladaq ki, "Qarabağ" Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Xəbər 231 dəfə oxundu.