“Şamaxı”dan növbəti transfer
"Şamaxı" klubu daha bir futbolçu ilə heyətini gücləndirib.

Müdafiəçi Zahid Mərdanovla 1,5 illik müqavilə imzalanıb.

İyirmi üç yaşlı müdafiəçi daha əvvəl "Kəpəz"də çıxış edib.

Qeyd edək ki, "Şamaxı" bundan əvvəl hücumçu Emil Qasımov və Emin Zamanovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov və Bahadur Həziyevlə isə müqaviləni yeniləyib.

Xəbər 203 dəfə oxundu.