FIFA futbol üzrə Serbiya milli komandasını cəzalandırıb
FIFA futbol üzrə Serbiya milli komandasını cəzalandırıb.

Buna fanatların və yığma üzvlərinin Qətərdə keçirilən dünya çempionatında İsveçrəyə 2:3 hesabı ilə uduzduqları qrup mərhələsinin üçüncü tur oyunundakı nalayiq hərəkətləri səbəb olub.

Qərara əsasən, serblərin qarşıdakı ev matçında azarkeş məhdudiyyəti (25 faiz) tətbiq ediləcək. Həmçinin Serbiya Futbol İttifaqı 50 min İsveçrə frankı məbləğində cərimələnib.

Qeyd edək ki, FIFA daha əvvəl mundialda Braziliya ilə oyundan (0:2) sonrakı siyasi qalmaqala görə Serbiya millisinə sanksiya tətbiq edib.

Xəbər 177 dəfə oxundu.