“Kəpəz” klubu Macarıstanın “MTK Budapeşt” komandasına qarşı
Antalyada təlim-məşq toplanışında olan Gəncənin “Kəpəz” futbol klubu bu gün ilk yoxlama oyununa çıxacaq.

Komanda Macarıstanın İkinci Liqa təmsilçisi “MTK Budapeşt” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, “Kəpəz” yanvarın 16-da Serbiyanın “Novi Pazar”, ayın 18-də isə Qazaxıstanın “Kaysar” komandası ilə qarşılaşacaq.

Xəbər 218 dəfə oxundu.