Yunanıstan millisinin sabiq üzvü Konstantinos Mitroqlu karyerasını başa vurub
Yunanıstan millisinin sabiq üzvü Konstantinos Mitroqlu karyerasını başa vurub.

“Aris”dən ayrıldıqdan sonra 34 yaşlı hücumçu iyulun 1-dən klubsuz qalıb. Daha sonra o, Almaniyanın “Rerdt-Şephuizen” həvəskar klubuna keçib. Futbolçunun ailəsi Almaniyada yaşayır.

Qeyd edək ki, Mitroqlu karyerası ərzində PSV, "Qalatasaray", "Benfika", "Marsel", "Fulhem" və "Olimpiakos"da çıxış edib. O, 2009-cu ildən Yunanıstan millisində çıxış edib və 65 matçda 17 qol vurub.

Xəbər 224 dəfə oxundu.