Klublararası dünya çempionatının püşkü atılıb | |
Bu il Mərakeşdə keçiriləcək futbol üzrə klublararası dünya çempionatının püşkü atılıb. Turnirin ilk oyunu Misirin "Əl-Əhli" və Yeni Zelandiyanın "Oklend Siti" komandaları arasında dörddəbir finala vəsiqə uğrunda olacaq. Qarşılaşma fevralın 1-də baş tutacaq. İlkin mərhələ çərçivəsində “Sietl Saunders” (ABŞ) klubu “Əl-Əhli” - "Oklend Siti" cütünün qalibi, Mərakeşin "Vidad" komandası isə "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) ilə qarşılaşacaq. Birinci cütün qalibi yarımfinalda “Real Madrid”ə, ikinci görüşün qalibi isə “Flamenqo”ya (Braziliya) rəqib olacaq. Qeyd edək ki, yarımfinal matçları fevralın 7-8-də keçiriləcək. |
|
Xəbər 195 dəfə oxundu. |
|
|