Kişi həndbolçulardan ibarət millimiz təsnifat turnirinə qələbə ilə başlayıb | |
Kişi həndbolçulardan ibarət Azərbaycan millisi 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat turnirinə qələbə ilə başlayıb. Millimiz Bakı İdman Sarayında Malta yığması ilə qarşılaşıb. Üstün oyun nümayiş etdirən yığmamız fasiləyə 18:6 hesablı üstünlüklə yollanıb. Uğurlu çıxışını davam etdirən millimiz sonda 34:25 hesabı ilə qələbə qazanıb. Yığmamız növbəti oyununu yanvarın 14-də Böyük Britaniya seçməsinə qarşı keçirəcək. Görüş saat 17:00-da başlayacaq. |
|
Xəbər 308 dəfə oxundu. |
|
|