“Turan Tovuz” klubu İsveçrənin "Arau" komandasını məğlub edib
Antalyada təlim-məşq toplanışında olan “Turan Tovuz” klubu növbəti yoxlama oyununu keçirib.

Tovuz klubu ikinci sınağında İsveçrənin "Arau" komandası ilə qarşılaşıb.

Görüş Azərbaycan təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Matçda yeganə qolu Ayxan Hüseynov vurub.

Qeyd edək ki, "Turan Tovuz" Antalyadakı ilk matçında Rumıniya "Petrolul"una 2:3 hesabı ilə uduzub.

Xəbər 178 dəfə oxundu.