Ukrayna millisinin baş məşqçisi istefa verib
Futbol üzrə Ukrayna millisinin baş məşqçisi Aleksandr Petrakov istefa verib.

Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, A.Petrakov 2021-ci ilin noyabrından Ukrayna millisinə rəhbərlik edirdi. O, bunadək Ukraynanın müxtəlif yaş qruplarından ibarət yığmalarını da çalışdırıb.

Xəbər 193 dəfə oxundu.