Avropa çempionlarımız dünya çempionatında
Oktyabrın 5-6-da Kanadanın Monreal şəhərində 10 rəqs üzrə dünya çempionatı keçiriləcək. İdman.com.az saytının məlumatına görə, Azərbaycanı bu yarışda Eldar Cəfərov və Anna Sajina cütlüyü təmsil edəcək.

Yarışın proqramına əsasən, oktyabrın 5-də, Kanada vaxtı ilə saat 19.00-da Latino-Amerika proqramı üzrə seçmə mərhələ, ertəsi gün isə həmin saatda Avropa proqramı üzrə yarışlar başlanacaq. Sonda isə ümumi nəticəyə əsasən, peşəkarlar arasında 10 rəqs üzrə dünya çempionu elan ediləcək.

Ölkəmizi bu çempionatda təmsil edəcək Eldar Cəfərov və Anna Sajina Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə bildiriblər ki, Avropa çempionatındakı uğuru Kanadada da təkrarlamaq niyyətindədirlər və buna hazırdırlar.

Xatırladaq ki, rəqs cütlüyümüz ötən ay Avstriyanın Zalsburq şəhərində keçirilmiş qitə çempionatında birinci yeri tutublar.

Media nümayəndələri və idman həvəskarlarının diqqətinə çatdırırıq ki, www.vaudreuil-soulanges.tv saytında yarışı canlı izləmək mümkün olacaq.

Xəbər 1414 dəfə oxundu.