Azərbaycan Yüksək Liqası: “Murov” klubu MOİK-ə qalib gəlib
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında cari ilin ilk oyunu keçirilib.

Voleybol Mərkəzində təşkil olunan görüşdə MOİK və “Murov” üz-üzə gəlib. İkinci tur çərçivəsində təşkil olunan qarşılaşmanın ilk setini 25:15 hesablı üstünlüklə bitirən baş məşqçi Fərid Cəlalovun yetirmələri ikinci hissəni 14 top fərqi ilə qazanıblar. “Murov” üçüncü setdə 25:17 hesabı ilə qalib gələrək rəqibini 3:0 hesabı ilə məğlub edib.

Beləliklə, bu oyundan sonra aktivindəki xalların sayını 6-ya çatdıran “Murov” turnir cədvəlində ilk pilləyə yüksəlib. Üç xalla “Xarı bülbül” turnir cədvəlində ikinci, xal qazanmayan “Neftçi” və MOİK komandaları isə 3-4-cü pillələri tuturlar.

Xəbər 298 dəfə oxundu.