“Neftçi” futbolçusu Yusuf Lavalı satmağa hazırlaşır
Bakının “Neftçi” klubu futbolçusu Yusuf Lavalı satmağa hazırlaşır.

Artıq Bakı təmsilçisi Portuqaliyanın “Arauko” klubu ilə Lavalın satışı ilə bağlı rəsmi danışıqlara başlayıb.

Nigeriyalı yarımmüdafiəçi komandanın Antalyadakı düşərgəsindən ayrılaraq Bakıya dönüb. O, viza problemini həll etdikdən sonra Portuqaliyaya yola düşəcək.

Y.Laval tibbi baxışdan uğurla keçəcəyi halda, rəsmi müqavilə imzalanacaq.

Xəbər 160 dəfə oxundu.