“Sumqayıt” klubu braziliyalı futbolçu ilə müqavilə imzalayıb
“Sumqayıt” futbol klubu dövlətlərarası fasilədə ilk futbolçu keçidini reallaşdırıb. Komanda “Kolos”un (Ukrayna) 25 yaşlı futbolçusu Dieqo Kariokanı heyətinə cəlb edib.

Braziliyalı hücumçu müqavilə müddəti uzadılması şərti ilə mövsümün sonunadək icarəyə götürülüb.

Qeyd edək ki, “Sumqayıt” futbol klubunun tarixinə ilk braziliyalı futbolçu kimi düşən Dieqo Karioka karyerası ərzində “Şaxtyor” (Soliqorsk, Belarus), “Vitebsk” (Belarus), “Yagelloniya” (Polşa), “Zalagerseq” (Macarıstan) və “Kolos” (Ukrayna) kimi klublarda çıxış edib.

Xəbər 188 dəfə oxundu.