“Sumqayıt”ın yoxlama görüşündəki rəqibi dəyişib
Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” futbol klubunun yoxlama görüşündəki rəqibi dəyişib.

Baş məşqçi Samir Abasovun yetirmələri əvvəlcədən nəzərdə tutulduğu kimi, Macarıstan təmsilçisi “Mezököveşt”lə deyil, Serbiyanın “Radnik” klubu ilə üz-üzə gələcək. Bu gün “Topkapı” otelinin meydançasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, “Sumqayıt” Antalyada ikinci yoxlama görüşünü yanvarın 17-də Rusiyanın “Krılya Sovetov” klubuna qarşı keçirəcək.

Xəbər 183 dəfə oxundu.