İspaniya Superkubokunun ilk finalçısı müəyyənləşib
Yanvarın 11-də futbol üzrə İspaniya Superkubokunun ilk yarımfinal matçı oynanılıb.
Səudiyyə Ərəbiustanının paytaxtı Riyad şəhərindəki “King Fahd International Stadium” arenasında keçirilən oyunda Madridin “Real” və “Valensiya” klubları qarşılaşıblar.

Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. “Real”ın heyətində on bir metrlik cərimə zərbəsindən Benzema (39), “Valensiya”nın heyətində isə Lino (46) fərqləniblər.

Oyun heç-heçə başa çatdığından matçda əlavə vaxt oynanılıb. Lakin əlavə vaxtda da qapılara qol vurulmayıb və qalibi müəyyən etmək üçün penaltilər yerinə yetirilib. Burada daha dəqiq olan “Real” futbolçuları İspaniya Superkubokunun ilk finalçısı olublar.

Xəbər 167 dəfə oxundu.