Zabit Səmədov: Maraqlı təklif alsam karyeramı davam etdirmək barədə düşünəcəyəm
Karyeramı yenidən bərpa etməyi düşünmürəm. Amma maraqlı təklif alsam bunu dəyərləndirəcəyəm.

Bunu açıqlamasında tanınmış Azərbaycan kikboksçusu Zabit Səmədov deyib.

“Mauqili” ləqəbli kikboksçu bildirib ki, təklifi qəbul edəcəyim halda mənə vaxt lazımdır. Mənim 38 yaşım var. Bu yaşda peşəkar döyüşə 1 aya hazırlaşmaq çətindir. Ən azı 3-5 ay ərzində hazırlıq prosesi keçməliyəm.

Qeyd edək ki, Z.Səmədov ötən ilin sentyabrında peşəkar karyerasını başa vurub. Bakıda təşkil olunan vida döyüşündə o braziliyalı sabiq UFC idmançısı Antonio Silvanı birinci raundda nokauta salmaqla kəmərə sahib olub. kikboksçumuz karyerası ərzində 113 döyüş keçirib. O bunlardan 103-də qalib gəlib. Bu qələbələrdən 38-i nokautla qeydə alınıb.

Xəbər 258 dəfə oxundu.