Millimizin üzvünün komandası Niderland kuboku yarışında mübarizəni dayandırıb
Millimizin futbolçusu Ozan Can Kökcünün formasını geyindiyi "Eyndhoven" Niderland kuboku yarışında 1/16 final mərhələsinin oyununa çıxıb.

Komanda səfərdə “Breda” ilə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda daha bir qol vuran “Breda” səkkizdəbir finala yüksəlib – 2:1.

Yığmamızın üzvü bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.

Xəbər 221 dəfə oxundu.