“Sabah” klubunun baş məşqçisi Pro kateqoriyası alıb
Bakının “Sabah” futbol klubunun baş məşqçisi Murad Musayev Pro kateqoriyalı məşqçi lisenziyası alıb.

Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, rusiyalı mütəxəssis UEFA-nın məşqçi kurslarını uğurla tamamlayaraq Pro kateqoriyalı lisenziyaya yiyələnib.

Klub baş məşqçini bu münasibətlə təbrik edib.

Xəbər 181 dəfə oxundu.