“Trabzonspor” hücumçusu Jan Evrar Kuassi ilə yollarını ayırıb
Türkiyənin “Trabzonspor” futbol klubu hücumçusu Jan Evrar Kuassi ilə yollarını ayırıb.
Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İyirmi səkkiz yaşlı forvardla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Futbolçu 2021-ci ilin yanvarında “Trabzonspor”a transfer olunmuşdu. Super Liqa təmsilçisinin heyətində 22 oyuna çıxan hücumçu 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Bu mövsümün əvvəlində isə futbolçu “Fatih Karagümrük”ə icarəyə verilmişdi.

Fil Dişi Sahili yığmasında 9 oyuna 1 qol vurmuş futbolçunun yeni iş yeri də məlumdur. O, Çinin “Zheijang” klubu ilə müqavilə bağlayıb.

Xəbər 204 dəfə oxundu.