“Fatih Karagümrük”dən ayrılan Stiven Kuker karyerasını İngiltərədə davam etdirəcək
Türkiyənin “Fatih Karagümrük” futbol klubundan ayrılan Stiven Kuker karyerasını İngiltərədə davam etdirəcək.

31 yaşlı mərkəz müdafiəçisi Çempionşipda mübarizə aparan “Uiqan” klubuna keçib.

Tərəflər arasında mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu mövsümün əvvəlində “Fənərbağça”dan “Fatih Karagümrük”ə transfer olunmuşdu.

Xəbər 175 dəfə oxundu.