Türkiyə Super Liqasında ilk çinli futbolçu
“Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Türkiyə klubu Çin yığmasının müdafiəçisi Vu Şaokunu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Çinin “Quançjou” klubundan transfer olunan 22 yaşlı mərkəz müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb.

“Quançjou”nun yetirməsi olan futbolçu icarə əsasında “Kioto Sanqa”da da forma geyinib, Çin millisində isə 2 matça çıxıb.

Vu Şaokun Türkiyə Super Liqasında forma geyinəcək ilk çinli futbolçu kimi tarixə düşüb.

Xəbər 164 dəfə oxundu.