Fransalı qapıçı Uqo Loris millidəki karyerasını bitirib
2008-ci ildən Fransa yığmasının şərəfini qoruyan 36 yaşlı qapıçı Uqo Loris millidəki karyerasını başa vurub.

“Avro-2016”da gümüş medala yiyələnən futbolçu 2 il sonra Rusiyada kapitan kimi dünya çempionluğu sevinci yaşayıb. Qətər mundialında gümüş medalla kifayətlənən təcrübəli qolkiper UEFA Millətlər Liqasının qalibidir.

Fransa millisində 145 oyuna çıxan çərçivə qoruyucusu bu göstəricidə rekordçudur. O, 120 qarşılaşmada kapitan funksiyasını yerinə yetirib ki, bu da Fransa futbolu tarixində ən yüksək göstəricidir.

Xəbər 197 dəfə oxundu.