Azərbaycanlı hakim “Szent Benedek”-“Dukla” oyununu idarə edəcək
Beynəlxalq dərəcəli hakim Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

Həmyerlimiz qadın voleybolçular arasında CEV kuboku yarışının səkkizdəbir final mərhələsinin Budapeştdə keçiriləcək ilk matçını idarə edəcək.

F.Ağayev “Szent Benedek” (Macarıstan) - “Dukla” (Çexiya) oyununda ikinci hakim olacaq. Matçın əsas hakimi isə rumıniyalı Alin Mateizerdir.

“Szent Benedek” - “Dukla” oyunu yanvarın 12-də keçiriləcək. Cavab qarşılaşması bir həftə sonra Çexiyada oynanılacaq.

Xəbər 176 dəfə oxundu.